BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baku Marriott Hotel Boulevard” türk iş adamını belə narazı saldı

“Baku Marriott Hotel Boulevard” növbəti dəfə məşhur iş adamını göstərdiyi xidmətlə marazı salıb. Bu dəfə türkiyəli iş adamı Adem Polat Bakı səfəri zamanı bu oteli seçdiyi üçün peşman olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Tribunainfo.az-a danışan biznesmen bildirib ki, otelin göstərdiyi xidməti 5 ulduzlu xidmət hesab etmək olmaz:

 

“Oteldəki xidmət 3 ulduz səviyyəsindədir. Əvvəldən otelin xidmətinin bu səviyyədə olduğunu bilsəydik, buranı seçməzdik. Təsəvvür edin, otaqda təraş üçün ləvazimat yox, diş fırçası yox. Soruşanda da deyirlər, gərək siz bizə bildirəsiniz, sonra biz otağa o ləvazimatları qoyaq. Otel restoranlarında yemek yeyirsən və dərhal yerində ödəniş tələb edirlər. Söyləyirsən ki, mən filan otaqda qalıram, otaq nömrəmə yazın, bir dəfəlik ödəniş edərəm. Deyirlər, xeyr, olmaz”.

 

A.Polat bildirib ki, sanki 10 dərəcəli dövlətin 3 ulduzlu otelindəsən:

 

“Mən dərhal oteli tərk etdim və əsəblərimi yerindən oynatmayan otel tapdım”.

 

Xatırladaq ki, bir neçə ay öncə Bakıda olan Rusiyalı məşhur biznesmen Artyom Bikov da qalmaq üçün “Baku Marriott Hotel Boulevard”i seçmiş və xidmətdən narazı qalaraq oteli məhkəməyə vermişdi:

 

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix: 5 Dekabr 2022, 17:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin