BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yaşlıların təqaüdü imkan verir ki, bahalı kitab alsın, bərbərə, manikürə, massaja pul xərcləsin” - Yazıçı

“Şəhərimizin bütün yazıçıları hər il toplanır. Mərkəzi kitabxanada yazarların Yeni il marketi keçirilir. Bu marketdə yazarlar öz kitablarını satır, imzalayır, oxucularla və bir-biri ilə söhbət edir. Bu tədbir hər il baş tutur. İnanlar bir-birinə Yeni il hədiyyəsi olaraq, kitab alır. Kitabların ən ucuzu 10 avro idi. 20, 30, 40 avroya idi normal qiymətlər. Yaxınlaşan, maraqlanan, kitab alan adamların 80 faizi yaşlılar, təqaüdçülər idi. Hərəsi 5-6 kitab alırdı. Bəziləri daha çox. Ortalama götürəndə, 250-300 avro pul xərcləmişdi”.

 

Pravda.az xəbər verir ki, bunu yazıçı Günel Mövlud deyib.

 

N.Mövludun sözlərinə görə, Norveçdə yaşlıların təqaüdü imkan verir ki, onlar bahalı kitablar alsın: “Biletləri 50-100 avro olan şeir gecələrində, ədəbi görüşlərdə, konsetlərdə iştirak etsin. VİP yerləri alsın. İldə azı 4-5 ölkəyə səfər etsin. Bərbərə, manikürə, massaja pul xərcləsin. Axşamlar bahalı restoranlarda dostları ilə görüşsün. Amma bu hamısı deyil. Bütün bunları edə bilmək üçün təkcə pul lazım deyil. Həm də zövq, həvəs, özünə və öz bədəninə, istəklərinə hörmət lazımdı. Səyahəti və əylənməyi bacarmaq lazımdı. Norveç qocaları əylənməyi, səyahəti, oxumağı, aktiv sosial həyat sürməyi xoşlayırlar. Bacarırlar. Bizim yaşlılar kimi öz üstlərindən xətt çəkməyiblər. Həyatla, sənətlə, hobbilərlə vidalaşmayıblar”.

 

Yazıçı qeyd edib ki, altı ildir orada müxtəlif festivallarda, tədbirlərdə şeirlər, romandan parçalar oxuyur: “Tədbirlərə biletlər 50 avrodan aşağı olmur. Adətən, gələnlərin 60-70 faizi yaşlılar olur, çünki belə bahalı biletləri almaq imkanı ancaq onlardadır”.

 

Kənan

Tarix: 5 Dekabr 2022, 17:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin