BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Prezidenti Dağıstanın keçmiş rəhbərinin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın keçmiş rəhbəri Maqomedali Maqomedovun vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı verib.

 

Pravda.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

 

"Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

 

Maqomedali Maqomedov Azərbaycan və Dağıstan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına və genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad ab-havasının möhkəmlənməsinə sanballı töhfə verib.

 

Maqomedali Maqomedoviç Maqomedov ilə Heydər Əlirza oğlu Əliyev arasında yaranmış dostluq münasibətlərini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.

 

Maqomedali Maqomedovun nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq.

 

Bu ağır itki ilə əlaqədar sizin kədərinizə şərik çıxır və səmimi qəlbdən başsağlığı verirəm.

 

Allah rəhmət etsin!"

Tarix: 5 Dekabr 2022, 18:13   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin