BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki...”

“Erməni separatçıları anlayırlar ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyi zaman məsələsidir. Onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, separatçılar bu gün Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər: “O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə texniki avadanlıqlar quraşdırılacaq. Bu Volkov nala-mıxa vurur, onun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar sadəcə bizi sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı. Bu məsələlərin Volkova aiddiyyatı yoxdur, problemlərin həlli yüksək səviyyədə həll olunmalıdır”.

Tarix: 5 Dekabr 2022, 21:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin