BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən avtomobil gətirtmək istəyənlərin nəzərinə - VİDEO

Xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb.

 

ABŞ-dən avtomobillərin alınması və daşınması xidmətini göstərən şirkətlərdən birinin direktoru olan Hafiz Əmiraslanov deyib ki, son bir ildə daşıma qiymətləri 1000 dollara yaxın bahalaşıb.

 

Amerikadan alınan avtomobillərin daşıma müddəti 2-4 ay çəkir. Şirkət nümayəndələri avtomobil alarkən əlavə maddi ziyana düşməmək üçün bəzi nüanslara diqqət etməyi tövsiyə edirlər.

 

Amerika ilə yanaşı Koreyadan alınan avtomobillərin də daşıma xərcləri artıb. Bu işlə məşğul olanlar bildirirlər ki, Koreyadan avtomobillər həm konteynerlə, həm də "Ro-Ro" gəmisi ilə açıq formada daşınır. Konteynerlə daşıma qiymətləri isə "Ro-Ro" gəmisi ilə müqayisədə ucuzdur.

 

Qeyd edək ki, hazırda xüsusilə ən çox ABŞ və Koreya bazarlarından ikinci əl avtomobillər alınaraq ölkəyə daşınır.

 

Tarix: 6 Dekabr 2022, 06:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin