BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Nadir Əliyev vəfat etdi

Psixiatr, professor Nadir Əliyev vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə onun həmkarı, psixiatr Aytən Namazova məlumat verib.

 

O bildirib ki, müəllimi olan Nadir Əliyev bu gün onkoloji xəstəlik səbəbindən vəfat edib.

 

Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə Bakı şəhəri 3 saylı ruhi xәstәxananın, 2 saylı vәrәm sanatoriyasının, Bakı şəhəri psixonevroloji dispanserin, Bakı şəhəri 2 saylı ruhi-әsәb xәstәxanasının, Bakı şəhəri ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәsində çalışıb. Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.

 

APA

Tarix: 6 Dekabr 2022, 10:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin