BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək? - AÇIQLAMA

“Covid-19 pandemiyası Azərbaycanda öz sonuna yaxınlaşır. Doğrudur, bizdə bununla bağlı hələ heç bir elan verilməyib. Ümumdünya Səhiyyə Təşkilatı raport verməyənə qədər bütün dünyada pandemiya hələ sona çatmayıbmış kimi başa düşülür, karantin rejimi də davam edir. Azərbaycanda da karantin davam edir. Sadəcə qaydalar yumşaldığına görə insanlar bunu hiss etmir…”

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq tanınmış həkim-cərrah, professor Adil Qeybulla deyib.

O bildirib ki, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə bağlıdır:

 

“Lazım gələrsə, sərtləşdirilə, müəyyən tədbirlər görülə bilər. Hələlik, bununla bağlı ortada konkret situasiya, tələb yoxdur. Hesab edirəm, Azərbaycandakı vəziyyəti düzgün dəyərləndirmək lazımdır. Çünki bizdə insanların böyük əksəriyyəti peyvənd olunub, xəstəlik keçirib və immunitet formalaşıb. Ona görə də Azərbaycanda kollektiv immunitetin formalaşması qənaəti var. Bu baxımdan, pandemiyanın yenidən vüsət alması, yeni sərt dalğaların əmələ gəlməsi proqnozlaşdırılmır…”

 

Aytəkin Qardaşova

Tarix: 6 Dekabr 2022, 11:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin