BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Siyasi partiyalar haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.

 

O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

 

Qeyd edilib ki, yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

 

Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Tarix: 6 Dekabr 2022, 11:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin