BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimini pozduğu üçün bu kafe bağlandı

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Pravda.az-a verilən xəbərə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.


Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində  davam etdiriləcək.

Tarix: 30 Mart 2020, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin