BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vidadi Mahmudlu 1 milyonu İsa Qəmbərlə bölüşdürüb?

“Həqiqəti söyləmək hələ doğru yolda olmaq deyil. İndi doğruları deyib, əyri yolda olanlar da az deyil. Bunu bilmək üçün o adamların necə yaşadığına diqqət etmək lazımdır...”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Nadir Qocabəyli bildirib.

N.Qocabəyli qeyd edib ki, doğruları deyib, həlledici məqamda arxadan vurmaq taktikası indi siyasətdə dəbdədir: “Yadınızdadırsa, Mərkəzi Seçki Komissiyasında Müsavat Partiyasının Vidadi Mahmudlu adlı bir nümayəndəsi vardı. Obyektivliyi ilə bütün xalqın rəğbətini qazanmışdı. Ancaq sonda yekun protokola imza atdı və yoxa çıxdı. O vaxtdan onu gördüm deyən yoxdur. Deyilənə görə, imzasına görə 1 milyon dollar alıb. Mən buna inanmaya da bilərdim. Amma Vidadi bəyin son imzasından sonra qeybə çəkilməsi çox şübhəlidir. Hətta düşünürəm ki, Vidadi Mahmudlu həmin pulu tək yeməyib və dostları, xüsusli də İsa bəylə bölüşdürüb. İmza atmazdan qabaq da onunla məsləhətləşib... Belə misallar çoxdur və qeyd etdiyim kimi, hazırda ən işlək siyasi texnologiyalardandır. Kimsə özünü Rusiya, İran, nə bilim, ABŞ düşməni kimi göstərə, daim onların əleyhinə çıxışlar edə, bəlli ovqatda və əqidədə olan insanları başına toplaya bilər. Ancaq həlledici məqamda həmin insanları söydüyü obyektin maraqlarına yaxşı pula satar. Yenə deyirəm, bunu anlamaq çox çətindir. Ən yaxşısı o adamların keçdiyi yola və yaşadığı həyata diqqətlə nəzər salmaqdır”.

 

Fərəməz Novruzoğlu isə bildirib ki, V.Mahmudluya həmin məbləğin 300 mini qalıb.

 

Kənan

Tarix: 6 Dekabr 2022, 18:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin