BURADA REKLAMINIZ OLA
BİLƏR

Evdə qalaq, bostan əkək, ekoloji təmiz məhsul yetişdirək

Koronavirus  epidemiyasına  qarşı mübarizə  tədbirləri  sırasında  Füzuli  Rayon  İcra Hakimiyyəti  maraqlı təşəbbüslə  çıxış  edib.

 

Pravda.az-ın xəbərinə görə, Rayon  İcra  Hakimiyyəti  tərəfindən  hazırlanmış  “Evdə  qalaq , bostan əkək, ekoloji  təmiz  məhsul  yetişdirək" adlı maarifləndirici  izahat  işlərinə  start  verilib. Bu  məqsədlə  İcra Hakimiyyəti əməkdaşları yerli  inzibati ərazi dairəsi  üzrə nümayəndəliklər və  bələdiyyələrlə  birgə  rayonun  işğaldan  azad  edilmiş  ərazilərində  əhali  arasında  maarifləndirici  söhbətlər  aparırlar.

 

Rayon  İcra Hakimiyyəti tərəfindən  müəyyənləşdirilmiş  qafik  əsasında ərazi  üzrə  fərdi təsərrüfatlara  baxış  keçirilir, sakinlərlə  fərdi şəkildə  söhbətlər  aparılır, məşğulluqlarını düzgün  qurmaları istiqamətində  tövsiyələr  verilir.

Fotoları təqdim edirik
Tarix: 30 Mart 2020, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin