BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlikdən Baş direktor işdən çıxarılması xəbərinə REAKSİYA

“Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Klaus Mueller hazırda “Aztelekom” MMC-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə “Aztelekom” MMC-nin baş direktorunun vəzifəsindən azad edilməsilə bağlı xəbər yayılmışdı.

 

***

 

13:59

 

“Aztelekom” MMC-nin baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

 

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

 

Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.

 

Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.

 

K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib./Oxu.az

Tarix: 7 Dekabr 2022, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin