BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq”

İnzibati Xətalar Məcəlləsinə 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutan qanuna dəyişiklik imzalanıb. Cinayət Məcəlləsinə də edilən yeni dəyişikliklərə əsasən isə 50 min manatdan yuxarı qanunsuz pul köçürmələrə görə həbs də nəzərdə tutulur – və bütün bunlar çirkli pullarla mübarizə, korrupsiyanın qarşısının alınması kimi çox ali məqsədlərlə izah edilir”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

 

N.Cəfərli bildirib ki, belə qadağalar, məhdudiyyətlər çirkli pul dövriyyəsi və korrupsiya ilə mübarizədə heç bir effekt vermir, yalnız 2 faktiki nəticə doğurur: “Sənəddə qanunsuz, qeyri-qanuni pul köçürmələr nə deməkdir – bunun aydın izahı və təsnifatı yoxdur. Deməli nəzarətedici orqanlara bu əlavə fürsət verir ki, sadə vətəndaşları, iş adamlarını incitsinlər, yəni, bu tam tərsi, korrupsiyaya yol açacaq. Eyni zamanda bu addımın nəticəsi olaraq “cibdən-cibə”, “əldən-ələ” pul köçürmələri artıracaq. Heç kimə sirr deyil ki, ölkədə müəyyən sistem, şəbəkə qurulub ki, onlar vasitəsi ilə müəyyən % müqabilində Azərbaycandan dünyanın istənilən ölkəsinə istəlilən məbləğdə vəsaiti ötürmək mümkündür. Yeni qanun dəyişiklikləri “qara bazarı”, “qara pul köçürmələrin” həcmini xeyli artıracaq”.

 

Ekspert əlavə edib ki, hökumət hələ də sovet düşüncəsi, o yanaşmanın inersiyası ilə davranır: “SSRİ zamanı ən sərt qanunlar, cəzalar belə nə “alverçiliyin”, nə də qara valyuta bazarının qarşısını ala bilmədilər, çünki, dünya iki anlayışın – pulun və ideyanın qarşısını inzibati yollarla almaq mümkün deyil. Ağıllı ölkələr və sistemlər qadağan edə bilmədiyini idarə etməyə çalışır – bizim sistem isə buna qadir deyil”.

 

Kənan

Tarix: 7 Dekabr 2022, 15:40   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin