BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə ər arvadını öldürdü

Şəmkir rayonunda qətl törədilib.

 

Pravda.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində  1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

Tarix: 7 Dekabr 2022, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin