“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslərdən xəbər var
Bakı Apellyasiya Məhkəməsində “Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan başqa, digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib.
Qeyd: Hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.
Belə ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxardı.
Cinayət işi üzrə 53 zərərçəkmiş var. Zərərçəkmişlərin siyahısında qalmaqallı bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürovanın da adı yer alıb. O, həmin partlayışda ağır xəsarət alıb. Belə ki, onun saçları, əlləri, üzü, ayaqları yanıb.
Kamal Məmmədov
6 Fevral 23:17
6 Fevral 23:09
6 Fevral 22:55
6 Fevral 22:40
6 Fevral 22:14
6 Fevral 22:03
6 Fevral 21:49
6 Fevral 21:38
6 Fevral 21:34
6 Fevral 21:22
6 Fevral 21:21
6 Fevral 21:19
6 Fevral 21:14
6 Fevral 21:10
6 Fevral 21:07
6 Fevral 21:02
6 Fevral 20:11
6 Fevral 19:27
6 Fevral 19:18
6 Fevral 19:16
6 Fevral 19:14
6 Fevral 19:02
6 Fevral 18:50
6 Fevral 18:36
6 Fevral 18:06
6 Fevral 17:52
6 Fevral 17:41
6 Fevral 17:17
6 Fevral 17:08
6 Fevral 17:05
6 Fevral 16:54
6 Fevral 16:46
6 Fevral 16:27
6 Fevral 16:21
6 Fevral 16:13
6 Fevral 15:55
6 Fevral 15:46
6 Fevral 15:32
6 Fevral 15:26
6 Fevral 15:19
6 Fevral 15:13
6 Fevral 15:04
6 Fevral 15:02
6 Fevral 14:56
6 Fevral 14:52
6 Fevral 14:40
6 Fevral 14:13
6 Fevral 13:38
6 Fevral 13:27
6 Fevral 13:23
6 Fevral 13:16
6 Fevral 13:05
6 Fevral 13:02
6 Fevral 12:59
6 Fevral 12:52
6 Fevral 12:49
6 Fevral 12:43
6 Fevral 12:27
6 Fevral 12:24
6 Fevral 12:01
6 Fevral 11:58
6 Fevral 11:50
6 Fevral 11:35
6 Fevral 11:32
6 Fevral 11:32
6 Fevral 11:25
6 Fevral 11:16
6 Fevral 11:12
6 Fevral 11:11
6 Fevral 11:09
6 Fevral 11:09
6 Fevral 11:02
6 Fevral 11:00
6 Fevral 10:52
6 Fevral 10:51
6 Fevral 10:45
6 Fevral 10:43
6 Fevral 10:38
6 Fevral 10:32
6 Fevral 10:29
6 Fevral 09:58
6 Fevral 09:53
6 Fevral 09:47
6 Fevral 09:45
6 Fevral 09:32
6 Fevral 09:29
6 Fevral 09:22
6 Fevral 09:19
6 Fevral 09:09
6 Fevral 09:05
6 Fevral 09:04
6 Fevral 09:00
6 Fevral 08:58
6 Fevral 08:57
6 Fevral 08:48
6 Fevral 08:40
6 Fevral 08:34
6 Fevral 08:29
6 Fevral 08:25
6 Fevral 08:24
6 Fevral 08:21
6 Fevral 08:15
6 Fevral 08:11
6 Fevral 08:06
6 Fevral 07:59
6 Fevral 07:20
6 Fevral 06:47
6 Fevral 06:37
6 Fevral 00:47
6 Fevral 00:34
5 Fevral 23:22
5 Fevral 22:33
5 Fevral 22:11
5 Fevral 21:59
5 Fevral 21:53
5 Fevral 21:37
5 Fevral 21:23
5 Fevral 21:00
5 Fevral 20:15
5 Fevral 20:11
5 Fevral 19:30
5 Fevral 19:16
5 Fevral 18:53
5 Fevral 18:34
5 Fevral 18:12
5 Fevral 18:08
5 Fevral 17:35
5 Fevral 16:45
5 Fevral 16:24
5 Fevral 14:23
5 Fevral 14:18
5 Fevral 14:05
5 Fevral 13:48
5 Fevral 13:22
5 Fevral 13:16
5 Fevral 12:56
5 Fevral 12:25
5 Fevral 12:15
5 Fevral 12:01
5 Fevral 11:49
5 Fevral 11:20
5 Fevral 11:16
5 Fevral 11:01
5 Fevral 10:51
5 Fevral 10:49
5 Fevral 10:48
5 Fevral 10:45
5 Fevral 10:25
5 Fevral 09:35
5 Fevral 09:27
Ən son xəbərləri səhifəmizdən də izləyin