Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan bir çox itkilərlə yanaşı mədəni sərvətin itkilərinə də məruz qalıb, mədəni sərvət məhv edilib.
Pravda.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.
Baş nazirin müavini bildirib ki, Ermənistanın təcavüzü nəticəsində mülki vətəndaşlarımız qətlə yetirilib, şəhərlər kəndlər dağıdılıb, həmçinin mədəni mənəvi sərvətlərimiz 30 il ərzində dağıdılıb, talan edilib.
Əli Əhmədov deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqları azad olunduqdan sonra qlobal ictimaiyyət bu torpaqlarda törədilən vandallıqla əyani şəkildə tanış olub: “30 illik işğal dövründə Azərbaycan xalqı böyük iqtisadi itkilərlə üzləşməklə yanaşı xalqımızın zəngin mədəni irsi məhv edilib. Azərbaycana qarşı vurulan zərbələr, mədəni sərvətlərimizin məhvi ilə bağlı müraciətlərimiz ayrı-ayrı qurumlar, UNESCO tərəfindən sükutla qarşılanırdı. Azərbaycanın haqlı həyəcan səsi eşidilmədi. Torpaqlarımız azad olunduqdan sonra da UNESCO tərəfindən biganəlik hökm sürməkdədir. UNESCO-nun bu məsələ ilə bağlı mövqeyi ürəkaçan deyil. Ermənistan tərəfinin silah birləşmələri mülki obyektlər, mədəni sərvət hesab olunan obyektlər hücum üçün hədəf seçilib nəticədə zəngin sərvətimiz məhv edilib.
Azərbaycanın qaldırdığı məsələlər UNESCO tərəfindən hələ də sükutla qarşılanır. Əgər hər hansı qurum öz vəzifələrini yerinə yetirmirsə və ya bu etmək istəmirsə, o zaman alternativlər axtarmaq zərurəti yaranır.
Bu yanaşmalardan əziyyət çəkən ölkə təkcə Azərbaycan deyil başqa ölkələr də var. Ya qurum obyektiv fəaliyyət göstərməlidir, ya da ölkələr alternativlər barədə düşünəcəklər.
Ədalət, düzgünlük o zaman təmin olunur ki, bu prosesdə iştirak edənlər eyni yanaşma və prinsiplərdən çıxış etsinlər.
30 illik işğal dövründə qlobal ictimaiyyət münaqişənin ədalətli həllində rol oynamadı, beynəlxalq hüquqla həll olunacaq məsələni Azərbaycan məcbur özü həll etməli oldu.
Azərbaycan hökumətinin müraciətlərinə baxmayaraq UNESCO faktaraşdırıcı missyanın buraya göndərilməsini təmin etməyib. Belə yanaşmalar aradan qaldırılmalıdır”.
6 Fevral 00:47
6 Fevral 00:34
5 Fevral 23:22
5 Fevral 22:33
5 Fevral 22:11
5 Fevral 21:59
5 Fevral 21:53
5 Fevral 21:37
5 Fevral 21:23
5 Fevral 21:00
5 Fevral 20:15
5 Fevral 20:11
5 Fevral 19:30
5 Fevral 19:16
5 Fevral 18:53
5 Fevral 18:34
5 Fevral 18:12
5 Fevral 18:08
5 Fevral 17:35
5 Fevral 16:45
5 Fevral 16:24
5 Fevral 14:23
5 Fevral 14:18
5 Fevral 14:05
5 Fevral 13:48
5 Fevral 13:22
5 Fevral 13:16
5 Fevral 12:56
5 Fevral 12:25
5 Fevral 12:15
5 Fevral 12:01
5 Fevral 11:49
5 Fevral 11:20
5 Fevral 11:16
5 Fevral 11:01
5 Fevral 10:51
5 Fevral 10:49
5 Fevral 10:48
5 Fevral 10:45
5 Fevral 10:25
5 Fevral 09:35
5 Fevral 09:27
5 Fevral 09:26
5 Fevral 09:08
5 Fevral 03:14
5 Fevral 00:45
5 Fevral 00:28
4 Fevral 23:56
4 Fevral 23:52
4 Fevral 22:58
4 Fevral 22:57
4 Fevral 22:02
4 Fevral 21:52
4 Fevral 21:49
4 Fevral 21:38
4 Fevral 21:10
4 Fevral 20:16
4 Fevral 20:11
4 Fevral 20:02
4 Fevral 19:33
4 Fevral 19:21
4 Fevral 19:18
4 Fevral 18:51
4 Fevral 18:44
4 Fevral 18:28
4 Fevral 18:10
4 Fevral 17:48
4 Fevral 17:28
4 Fevral 17:06
4 Fevral 16:49
4 Fevral 16:32
4 Fevral 15:56
4 Fevral 15:45
4 Fevral 15:24
4 Fevral 15:00
4 Fevral 14:40
4 Fevral 14:37
4 Fevral 14:13
4 Fevral 13:59
4 Fevral 13:57
4 Fevral 13:47
4 Fevral 12:57
4 Fevral 12:52
4 Fevral 12:45
4 Fevral 12:25
4 Fevral 12:17
4 Fevral 12:07
4 Fevral 11:56
4 Fevral 11:49
4 Fevral 11:29
4 Fevral 11:08
4 Fevral 10:43
4 Fevral 10:23
4 Fevral 10:17
4 Fevral 09:54
4 Fevral 09:44
4 Fevral 09:00
4 Fevral 08:54
4 Fevral 08:50
4 Fevral 08:42
4 Fevral 08:39
4 Fevral 08:37
4 Fevral 00:24
3 Fevral 23:55
3 Fevral 23:36
3 Fevral 23:33
3 Fevral 22:47
3 Fevral 22:29
3 Fevral 22:26
3 Fevral 21:33
3 Fevral 21:28
3 Fevral 21:23
3 Fevral 20:28
3 Fevral 20:08
3 Fevral 19:25
3 Fevral 19:07
3 Fevral 19:01
3 Fevral 18:37
3 Fevral 18:27
3 Fevral 17:39
3 Fevral 17:24
3 Fevral 16:42
3 Fevral 16:06
3 Fevral 15:50
3 Fevral 15:42
3 Fevral 15:30
3 Fevral 15:27
3 Fevral 15:05
3 Fevral 15:04
3 Fevral 15:01
3 Fevral 14:35
3 Fevral 14:25
3 Fevral 14:21
3 Fevral 14:15
3 Fevral 13:45
3 Fevral 13:45
3 Fevral 13:43
3 Fevral 13:38
3 Fevral 13:38
3 Fevral 13:26
3 Fevral 13:00
3 Fevral 12:55
3 Fevral 12:49
3 Fevral 12:46
3 Fevral 12:43
3 Fevral 12:37
3 Fevral 12:30
3 Fevral 12:08
3 Fevral 11:44
3 Fevral 11:34
Ən son xəbərləri səhifəmizdən də izləyin