BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Miri: ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur”

“Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur. Bu söz də bəzi dini terminlər kimi fars dilindən keçib. Məsələn, dəstəmaz, namaz, oruc və s kimi...”

 

Pravda.az-ın xəbərinə görə, bunu ilahiyyatçı Elşad Miri bildirib.

 

E.Miri qeyd edib ki, Quranda “Nəbi” və “Rəsul” sözləri var: “Təəssüflər olsun ki, bunların hər biri “Peyğəmbər” kimi tərcümə edildiyinə görə yanlış anlaşılmalara gətirib çıxarır. Bütün Nəbilər kitab alıb, onlara kitab verilib. Amma onlar Allahın vəzifəsini yerinə yetirərkən Rəsul, yəni elçidirlər. Nəbilik onların ünvanı, elçilik isə vəzifələri olub”.

 

Kənan

Tarix: 8 Dekabr 2022, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin