BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında

Şəmkirdə yol qəzasında 2 nəfərin ölümünə səbəb olduqda təqsirləndirilən Tural Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 16-na təyin edilib.

 

Qeyd: 2022-ci il mayın 4-ü saat 19:00 radələrində Şəmkir rayonu, Şuşa küçəsində rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlunun idarə etdiyi “Ford Cargo” markalı, 99-JT-341 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onunla eyni istiqamətdə hərəkətdə olan Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Muxdarov Elsəvər Möhübbət oğlunun idarə etdiyi eyni markalı, 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomibili toqquşub və hər iki nəqliyyat vasitəsi aşıb.

 

Qəza nəticəsində 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Elsəvər Muxdarov və sərnişini, 1977-ci il təvəllüdlü Əliyev Asif Yusif oğlu həyatını itirib, digər yük avtomobilinin sürücüsü Tural Cəfərov isə yaralanıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 

Daha sonra Turan Cəfərov saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 8 Dekabr 2022, 09:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin