BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Altaydan Misir Qasımlı ilə bağlı açıqlama: “Bu nə şoudur?”

“Bu nədir, bu nə şoudur, nə hərəkətdir? Bu Misir Qasımlının bir böyüyü, ağsaqqalı, hüquqçu vəkili yoxdurmu başa salsın ki, sənin fikrin doğrudan azad olmaqdırsa, belə davranış keçməz. Bu cür tərbiyə-davranışla nə Ukrayna, nə Azərbaycan sənin cəzanın yüngülləşməsi üçün çətin çalışa”.

 

Pravda.az-ın xəbərinə görə, bunu kriminalist İlqar Altay bildirib.

 

“Səkkiz il iş cəza verilibsə, düşün ki, hansı yanlışları etmisən və etmisənsə, etməməli idin. Bunun apellyasiya və daha yuxarı şikayət instansiyaları, hüquqi müdafiəsi, ictimai-siyasi tərəflərin təsir imkanları var. Ekstradisiya tərəfi  var. Məqsəd nədir şou ilə işi qəlizləşdirməkdə? Suallar yaranır ki, nədəndir, bu şəxsi əsasən də son dövr belə geniş, plan, sistemli müdafiə? Bu kampaniyaya xüsusən, İranyönlü "hüseynçi, əhli-beytçilər", separatçıların və paralel olaraq kriminal aləmin əl-ayağa düşməklə qoşulması və "şimalın" bu işə güclü “knopkabasma” dəstəyi. Bu kampaniyada niyyət, məqsəd Misir Qasımlının azad olunmasından daha çox, Ukraynanın Azərbaycan cəmiyyətinin nəzəri və gözündən salınması, Azərbaycanla Ukraynanın arasını soyutma və Azərbaycanın içində ictimai narahatlıq və təlatüm yaratma cəhdidir. Görünür, bu məsələnin alt yapı, həqiqi kökünü araşdırıb ortaya çıxartmaq lazımdır, nə oyundur...” – İ.Altay qeyd edib.

Tarix: 8 Dekabr 2022, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin