BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzərdə suitilər niyə məhv olur?

“Son həftələrdə Xəzərin Rusiya və Qazaxstan sektorunda 2 500 Xəzər suitisinin cəsədinin sahilə vurduğuna dair xəbərlər eşidirik. Qırmızı kitaba düşəcək qədər sayı azalan suitinin kütləvi ölümü təşviş doğurur. Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmirlər. Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan stratejik bombardmançı təyyarələrdən buraxdığı X 22 və bu tərz raketlərdən istifadə edir. Bunun üçün təyyarə Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var. X 22 raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var - raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Vasif İsmayıl bildirib.

V.İsmayıl qeyd edib ki, raket insan yaşayan torpaqlara düşməsin deyə dəniz üzərindən atırlar: “Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli X 22 raketlərini atmağa başladı və Xəzərə düşən nasaz raket sayı da artdı. Nəticədə, Xəzər də çirklənir, canlı təbiət də zərər görür”.

Tarix: 8 Dekabr 2022, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin