BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hanı qaynar Bakım, insandolu şəhərim?" - Tanınmış aparıcı koronavirusdan danışdı

“Bu da bir imtahandır. Məmləkətim bu imtahandan çıxacaq, buna inanıram. Sadəcə, insanlar buna əməl edib, evdə qalsınlar”.

Pravda.az-ın xəbərinə görə, tanınmış aparıcı Rövşanə Ağasəfqızı koronavirusun bəzi insanlara dərs olacağını bildirib:

“Həyat nə gözəl imiş, bəzəkli-düzəkli günlərimizin qədrini bilək. Gecə eyvanda şəhərə baxa bilmirəm, ürəyim ağrıyır. Dünən ağlamaq tutmuşdu məni. Hanı qaynar Bakım, insandolu şəhərim? Daha qədrini biləcəyik indən belə. Çünki çoxları fironlaşmışdı. Bəzilərinin gözləri ayaqlarının altını görmürdü.
İndi o qaynar həyatın xatirəsində qovruluruq. Şəhərdə çox əsəbi oluram. Əşi, boş şeydir, nə korona, nə morona deyənlərlə az qalıram qırğına çıxım. Belə deyənlər cahil insanlardır”.Yenicag.az

Tarix: 30 Mart 2020, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin