BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir təşkil edilib - FOTO

Uşaqların hərtərəfli inkişafı üçün kompleks məktəb təhsili ilə yanaşı onların istirahətinin düzgün təşkil edilməsi də vacibdir. Müxtəlif idman bölmələri, məktəblilərdən ibarət Şən və Hazırcavablar komandaları və intellektual oyunlar şagirdlərin tərbiyəsində mühüm elementdir.

 

Hər bir məktəbli üçün əqli istirahət ciddi biliklər yükü əldə etməyin  əsası və insanın hərtərəfli inkişafının mənşəyidir. Və əgər əvvəllər müxtəlif intellektual oyunlar və fəallıq əsasən paytaxt məktəblərinin şagirdləri üçün əlçatan idisə, son illər şagirdlər arasında intellektual hərəkat Azərbaycanın regionlarında da vüsət alır.

 

Belə ki, Qusar rayonunda Azərbaycanın qəhrəmanlarına həsr edilmiş layihə çərçivəsində “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnir təşkil edilib.

 

Turnirin məqsədi məktəblilərin intellektual və yaradıcılıq inkişafına nail olmaq, məktəbliləri intellektual fəaliyyətə daha geniş cəlb etmək və onların istirahət vaxtını səmərəli təşkil etmək idi.

 

Turnir zamanı altı komanda arasında gedən gərgin mübarizədə  6 nömrəli Tam Orta Məktəbin “Qələbə” komandasının gənc biləyənləri qalib gəldi. İkinci və üçüncü yerləri isə “Rəşadət” və “Uğur” komandaları tutdu. Turnirin qalibləri fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olundular.

 

Turnirin qalibləri təşkilatçılara, habelə  1 yer tutmuş 6 saylı tam orta məktəbin şagirdləri  bu cür intellektual oyunlara cəlb edildikləri üçün məktəbin direktoru Kəmalə Sadıxovaya və  təşkilatçısı Sevinc Əlisultanovaya minnətdarlıqlarını bildirdilər.

Fotoları təqdim edirik
Tarix: 8 Dekabr 2022, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin