BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət qulluğuna imtahan verənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

 

DİM-dən Pravda.az-a verilən xəbərə görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

 

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkün olacaq.

 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Tarix: 30 Mart 2020, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin