BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kürəkənini güllələyib öldürən qayınata ilə bağlı QƏRAR

Ali Məhkəmədə qətl törətməkdə ittiham olunan Azər Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2021-ci il dekabrın 13-də paytaxtın Xəzər rayonunda baş verib.

 

Belə ki, A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni Rəşad Məmmədovu qətlə yetirib.

 

Daha sonra A.Cəfərov saxlanılıb.

 

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Tarix: 9 Dekabr 2022, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin