BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda insanın səsi vasitəsilə şəxsiyyəti necə müəyyən olunur? - VİDEO

Azərbaycanda insanın səsi vasitəsilə şəxsiyyətini müəyyən etmək üçün müvafiq proqram və cihazlar mövcuddur.

 

Xezerxeber.az-ın məlumatına görə, belə bir şərait Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yaradılıb.

 

Bu mərkəzdəki müvafiq cihazla insanın səsi yoxlanır və təxminən bir saat ərzində həmin səsin kimə məxsus olduğu müəyyən edilir.

 

Mərkəzin Əlyazamalar və səslərin  ekspertiza şöbəsinin rəis müavini Lətif Əliyev deyib ki, audio və videoyazıların məhkəmə kriminalistika ekspertizasına istintaq orqanları tərəfindən səslər daxil olur. Burada səs və nitqin tədqiqatı dəqiqliklə aparılır. Hətta aydın başa düşülməyən səslər belə təmizlənərək hansı ifadələrin işlədildiyi müəyyən edilir.

 

Ekspert açıqlayıb ki, onlara ən çox hədə-qorxu gəlib pul tələb edən, dələduzluq və şantaj yolu ilə pul alan şəxslərin səs yazıları  təqdim edilir. Səs yazıları verildikdən sonra cinayətdə şübhəli bilinən şəxslərin də orjinal səsləri yazılır və nitqin artikulyasiya xüsusiyyətləri, səsin tembri, melodikliyi, ritmi, nitqin sürəti, aksent xüsusiyətləri dəqiqliklə araşdırılır.

 

Lətif Əliyev əlavə edib ki, ilin əvvəlindən bu günə qədər audio və video yazıların araşdırılması üçün cinayət və mülki işlərdən 300-ə qədər müraciət olunub. Onlar da bir ay ərzində araşdırılıb və nəticəsi istintaqa təqdim edilib.

 

Tarix: 8 Dekabr 2022, 22:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin