BURADA REKLAMINIZ OLA
BİLƏR

Kuleba: “Makronun mövqeyi iyrəncdir”

“Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir”.

 

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya “Twitter“də yazıb.

 

“Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya “idman siyasiləşdirilməməlidir” və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir”, - deyə Kuleba bildirib.

 

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.

 

APA

Tarix: 9 Dekabr 2022, 02:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin