BURADA REKLAMINIZ OLA
BİLƏR

“Seyid Sadiq” tutuldu - FOTO

Şirvanda kriminal aləmdə “Seyid Sadiq” ləqəbi ilə tanınan narkotacir saxlanılıb. 

 

Pravda.az-ın xəbərinə görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Şirvan sakini, 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmetdi oğlu saxlanılıb.  Seyidsadiq Ağami barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

S.Ağami narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.APA

Tarix: 30 Mart 2020, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin