BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şəffaflıq və vətəndaş məmnunluğu maksimum təmin ediləcək” – Naxçıvanla bağlı AÇIQLAMA

“Naxçıvan Azərbaycanın bir parçasıdır və ölkədə aparılan islahatlardan bu doğma diyarımız kənarda qala bilməzdi. Ona görə də Naxçıvanda da anti-korrupsiya tədbirləri görülür və struktur islahatları həyata keçirməklə daha çevik və şəffaf strukturlar yaradılır. Bu islahatların Naxçıvanda nə qədər dərinləşəcəyini gələcək göstərər. Amma deyə bilərəm ki, bu regionumuzda aparılan islahatlar daha da genişlənəcək, şəffaflıq və vətəndaş məmnunluğu maksimum təmin ediləcək…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat vurğulayıb ki, 2018-ci ildən ölkədə aparılan islahatlar gündən-günə dərinləşir və həyatımızın hər bir sahəsini əhatə edir: “Bu islahatlar prosesi dövlət hakimiyyətinin hər üç qolunda öz əksini tapıb. Belə ki, dövlət qurumlarında struktur islahatları həyata keçirilməklə yeni strukturlar formalaşdırılır, idarəetmə sistemi daha gənc və müasir çağırışlara cavab verən biliklərə yiyələnmiş kadrlarla əvəz olunur. Burada məqsəd daha çevik reaksiya verən, əlçatanlığı rahatlaşdıran və şəffaf fəaliyyət göstərilərək daha çox vətəndaş məmnunluğuna nail ola biləcək yeni bir reallığın yaradılmasıdır…”

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin