BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Ermənistanda əməkhaqqının artmasından danışdı: “Azərbaycanla müqayisə etmək günahdır…”

Ermənistan parlamenti minimum əməkhaqqı ilə bağlı qanun layihəsini təsdiqləyib. Belə ki, 1 yanvar 2023-cü ildən Ermənistanda minimum əməkhaqqı 68 min dramdan (170 dollar) 75 min drama (187 dollar) qaldırılıb. Ermənistanda minimum əməkhaqqının Azərbaycanla müqayisədə çox olması müzakirə yaradıb.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistandakı minimum əməkhaqqının müqayisəsinin aparılması qəbul olunası məsələ deyil.

 

Deputat bildirib ki, Milli Məclis 2023-cü ilin zəngin büdcə layihəsini üçüncü oxunuşda qəbul edib: “Bu, bizə deməyə imkan verir ki, 2023-cü ilin büdcəsi gələcəkdə nəzərdə tutulmuş bir çox məsələlərin həllinə müsbət təsirini göstərəcək. Eyni zamanda bu büdcə də sosialyönümlüdür. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin ən əsas tərkib hissələrindən biridir. Bunu hər birimiz bilirik. 2023-cü ilin büdcəsindən gözləntilər, həqiqətən, çoxdur. Xərclər üzrə siyasətin əsas istiqamətləri sırasında əməyin ödənişi ilə bağlı islahatların davam etdirilməsi 2023-cü ildə prioritet məsələlərdən biri kimi qalacaq. Cari ildə də sosial yönümlü bir çox layihələr həyata keçirildi, sosial paketlərin icrasına başlanıldı. Minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qədər qaldırıldı. Hələ söhbət cari ildən gedir. Minimum əməkhaqqı 300 manata qaldırılırsa, deməli, bu, büdcədən maliyyələşən təşkilatlarda 20% əməkhaqlarının artırılmasına təsir edib. Dövlət büdcəsindən maliyyələşən, təxminən, 400 min əhaliyə, eyni zamanda özəl şirkətlərdə fəaliyyət göstərən işçilərin 400 mindən çoxuna minimum əməkhaqqının artırılması müsbət təsirini göstərib. 2023-cü ildə dövlət büdcəsində sosialyönümlü, o cümlədən əməyin ödənilməsi xərclərinin artırılması gözlənilir. Nəinki minimum əməkhaqqının, eyni zamanda pensiyaların artırılmasında yeni qaydalar müəyyənləşdirilib. Hər il elektron qaydada hesablanıb, artırılıb, vətəndaşın xəbəri olmadan kartına ödəniləcək”.

 

A.Məmmədov bildirib ki, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində aparılan belə bir layihənin qarşılığında Ermənistanla müqayisə aparmaq, həqiqətən, acınacaqlı məsələdir: “2023-cü ildə eyni zamanda ehtiyac meyarının artırılması da nəzərdə tutulur. Ehtiyac meyarı 246 manata qaldırılıb. Bu da vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına yönəlik rəqəmdir. Ermənistanın nə büdcəsi var ki, Azərbaycanla müqayisə olunsun? Əvvəla, bu, Ermənistan tərəfinin həmişə olduğu kimi vətəndaşlarına yağlı vəd verməsindən başqa bir şey deyil. Ermənistanın pul vahidi dramdır. Səhv etmirəmsə, 100 dollar 39 min drama yaxındır. Bu ölkədə hələ vəd verirlər ki, artım olacaq. Bəs artım olurmu? Erməni polisinə, yaxud təhlükəsizlik xidmətlərinin işçilərinə yetərincə vəsait ayırırlar. Çünki bu gün addım atmaq Ermənistan siyasi rəhbərinə çox lazımdır, bunu edir. Amma söhbət əhalinin çoxluğundan, digər vətəndaşlarından gedir. Sözdə vəd vermək o demək deyil ki, Ermənistanda minimum əməkhaqqı Azərbaycanı üstələyir. Bu, mümkün olan məsələ deyil, heç müqayisə etməyi də məsləhət bilmirəm. Azərbaycanın da müharibədən çıxmasına baxmayaraq, bu gün büdcəmiz 2021-ci ilə, hətta cari ilə nisbətən artıma gedən büdcədir. Bütün sahələri əhatə edən büdcə layihəmiz var. Ermənistanla Azərbaycanı müqayisə etmək, sadəcə, günahdır. Təkrar edirəm, 2023-cü ildə vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün lazımi tədbirlər, layihələr həyata keçiriləcək. Bu, qaçılmazdır. Çünki büdcəmizdə nəzərdə tutulan rəqəmlər bunu sadalamağa imkan verir”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 12:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin