Xatirə İslam: "Mübariz Mənsimovun bu qədər yaxşılıq etdiyi insanları görmürəm"

“Bir türk oğlunu Azərbaycanda tutsaydılar, türklər nəinki Türkiyəni, hətta Azərbaycanı da nəfəs almağa qoymazdılar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış müğənni Xatirə İslam "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun həbsi ilə bağlı danışarkən deyib.

 

“Heç bir tanışlığım olmasa da, bir Azərbaycan oğlu üçün bu paylaşımı etməyə dəyər məncə. Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər bir Azərbaycanlını iş ilə təmin edən bu oğula niyə kömək etməsin xalqımız? Mən inanıram ki, yaxın günlərdə bizim Prezidentimiz bu məsələ ilə özü məşğul olacaq və əlindən gələn köməyi edəcək. Bir də onu deyim ki, bir türk oğlunu Azərbaycanda tutsaydılar, türklər nəinki Türkiyəni, hətta Azərbaycanı da nəfəs almağa qoymazdılar. Bizdə də o mehribanlıq olsaydı, dünyanın ən xoşbəxti olardıq. Mübariz Mənsimovun bu qədər yaxşılıq etdiyi insanları görmürəm mən. Heyf…"

 

Tarix: 30 Mart 2020, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin