BURADA REKLAMINIZ OLA
BİLƏR

Şənbə günü hava necə olacaq?

Sabaha, dekabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Tarix: 9 Dekabr 2022, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin