BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Kamilə Əliyeva: “İstərdim ki, Dünya Çempionu Argentina olsun…”

“İdmanı çox sevirəm. Bir vaxtlar basketbolla məşğul olmuşam. Ona görə də idmana marağım böyükdür, xüsusilə futbola...”

 

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Pravda.az-ın Dünya Çempionatının final mərhələsi ilə bağlı deputatlar arasında keçirdiyi sorğuya cavab olaraq deyib.

 

Deputat bildirib ki, DÇ-də Argentinaya azarkeşlik edir: “Argentina komandası Messi başda olmaqla, çox gözəl oyun nümayiş etdirir. Argentinanın oyununa maraqla baxıram, zövq alıram. Əlbəttə, istərdim, çempion Argentina olsun. Sevinərdim… Amma oyunların gedişinə nəzər yetirdikcə, güman edirəm, Dünya Çempionatının qalibi Brazilya olacaq. Belə proqnoz verirəm…”

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin