BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlisa Nicatın məsələsi parlamentdə qaldırıldı

“Medalları biz təsis edirik. Amma görürük ki, təsis edilən medalların paylanması zamanı problemlər üzə çıxır. Məsələn, biz burada Vətən müharibəsindən sonra bir çox medalları təsis etdik, ancaq onların paylanmasında problemlər yarandığını gördük. Sosial şəbəkələrdə də aparılan müzakirələr göstərir ki, 44 günlük Vətən müharibəsində haqqı çatmadığı halda kimlərinsə təqdimatı ilə bəzi şəxslərə medallar verilib. Kimlərsə orden və medal ala bildi, haqqı çatanların bəzisi isə yox”. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

 

O, yazıçı Əlisa Nicatla bağlı gündəmə gələn problemə də toxunub: “Azərbaycanda nə qədər yazıçı var ki?! Niyə bu problemlər olmalıdır?! Digər tərəfdən bu yaxınlarda MSK katibi Mikayıl Rəhimovun yubileyi qeyd edildi. Amma onun yubileyi ilə bağlı hər hansı medal, yaxud orden verilmədi. Prezident təkdir, ona belə şeylərin təqdimatı verilməlidir. Ölkə prezidentinin də xarakterini hər kəs bilir ki, mütərəqqi nə layihə varsa, nə təşəbbüs varsa, hamısını dəstəkləyir”.

 

O qeyd edib ki, bu medalların kimə verilməsinə nəzarət edilməlidir: “Qurumların rəhbərliyində olan şəxslər ürəyi kimi istəyir, yazır, təqdimatı verirlər. Ürəyi kimi istəmədi, vermir. Zəhməti olan, əziyyəti olan şəxslər kənarda qalır. Biz bu mexanizmin üzərində düşünməliyik. İnsanlar bilsinlər ki, dövlətə xidmətə görə heç kim yaddan çıxmır. Hamının fəaliyyəti izlənir, hamının fəaliyyətinə dövlət səviyyəsində qiymət verilir. Çünki bir məmurun etdiyi hərəkət dövlətin adına yazılır. İnsan üzərində qırğınlıq yaşayır ki, dövlət mənim əziyyətimi nəzərə almadı. Ona görə də hesab edirəm ki, istər ASAN Xidmət olsun, istərsə də digər qurumlar olsun – buna bir nəzarət mexanizmi olmalıdır ki, artıq şəxsi subyektiv mülahizələrlə bu medallar paylanmasın, haqqı çatan insanlara verilsin”./Qafqazinfo

Tarix: 9 Dekabr 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin