BURADA REKLAMINIZ OLA
BİLƏR

Tiktokerlərin tələbələrlə görüşü tənqid olundu: Universitetdən REAKSİYA - VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetindən tələbələrlə tiktokerlərin görüşünə münasibət bildirilib.

 

Universitetdən tiktokerlə görüşün UNEC-in tələbə təşkilatları tərəfindən keçirildiyi qeyd olunub:

 

“Bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib. 11 tələbə təşkilatımız var, biz onlara sərbəstlik vermişik ki, özləri öz maraq dairələrinə uyğun olaraq vaxtlarını səmərəli keçirsin, kimi istəyirlər dəvət etsinlər. Biz kimi dəvət etdiklərinə nəzarət edirik, amma tələbələr özləri xoşladıqları tiktokerləri, bloqerləri dəvət edirlər.

 

Bizim tələbələr çox tədbirlər keçirirlər, burada şəhid ailələri ilə görüşlər də var, rəsmi tədbirlər də var. Tələbələrə arada belə əyləncə lazımdır. Bunu onların öz seçimlərinə buraxmışıq. Burada da qəbahət görmürük. Bu şəxslərin biletləri də satılır, konsertləri də təşkil olunur”.

 

Universitetdən bildirilib ki, burada qınağa səbəb olacaq qeyri-etik hərəkət yoxdur.

 

Oxu.az

 

Tarix: 9 Dekabr 2022, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin