Dekabrın 7-də bir neçə azərbaycanlı jurnalist Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçmək istəsə də sülhməramlılar buna icazə vermədi. Bu məsələ cəmiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, belə bir insidentin gələcəkdə yenidən təkrar olmaması üçün nə etmək lazımdır?
“Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazilərində olan hərbçilər sülhməramlı deyil:
“Sənədlərdə “sülhməramlı kontingent” adlandırıla bilər, amma bu mandatı onlara kimsə verməyib, özləri belə adlandırıblar. Rusiya hərbçiləri təhlükəsizliyi təmin etmək məqsədi güdürlərsə, ermənilərə göstərdikləri münasibəti azərbaycanlılara da göstərməlidirlər. Yəni, azərbaycanlılar da Qarabağda sərbəst hərəkət etməlidirlər. Azərbaycanlıların, o cümlədən jurnalistlərin ərazilərə buraxılmaması “sülhməramlı”ların kimlərə xidmət etdiyini göstərir. Təbii ki, hərbçilər göstəriş həyata keçirirlər, bu göstərişi də Kreml verir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı, Ermənistan məğlub tərəf olaraq, qalib tərəfin şərtlərini qəbul etdi. 2020-ci il 10 noyabr bəyanatında tərəflərin – Rusiya, Ermənistan və Azərbaycanın öhdəlikləri var. Təbii ki, bu, bölgədə sülh və sabitlik şəraitinin yaradılması üçündür. Azərbaycan öhdəsinə götürdüyü bütün işləri yüksək səviyyədə yerinə yetirib. Amma Ermənistan qanunsuz silahlı dəstələri ərazidən çıxarmır, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmır. Bundan əlavə, Rusiya Federasiyasının “sülhməramlı” kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının hələ də uydurma erməni toponimləri ilə qeyd olunması təəssüf doğurur. Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə dəfələrlə çağırış edib. Nəticə varmı? Xeyr! Azərbaycan hələ ki səbirlə prosesi davam etdirir”.
İlkin Pirəlinin sözlərinə görə, azərbaycanlıların, jurnalistlərin ərazilərə buraxılmaması ciddi rezonans doğurur: “Təklif edirəm ki, Qarabağa jurnalistlərin yürüşü olsun. Baş verənlər bir daha çəkilsin, geniş ictimaiyyətə çatdırılsın ki, Qarabağda nə baş verir… Azərbaycan vətəndaşı öz ərazisində hərəkət etmək üçün başqa dövlətin qurumlarından icazə almamalıdır. Bu, qanunlara ziddir. Azərbaycan anti-terror əməliyyatlarının keçirilməsi variantını hələ ki işə salmır. Bütün hallarda ölkəmizin buna haqqı çatır, xalq da dəstəkləyir. Yəqin ki, Azərbaycan hökuməti bu hadisələri dəyərləndirir, hansısa plan olmamış deyil…”.
30 Yanvar 16:09
30 Yanvar 16:00
30 Yanvar 15:46
30 Yanvar 15:38
30 Yanvar 15:25
30 Yanvar 15:20
30 Yanvar 15:17
30 Yanvar 15:14
30 Yanvar 15:00
30 Yanvar 14:45
30 Yanvar 14:29
30 Yanvar 14:28
30 Yanvar 14:26
30 Yanvar 14:19
30 Yanvar 13:51
30 Yanvar 13:36
30 Yanvar 13:32
30 Yanvar 13:15
30 Yanvar 13:05
30 Yanvar 13:03
30 Yanvar 12:58
30 Yanvar 12:48
30 Yanvar 12:43
30 Yanvar 12:40
30 Yanvar 12:38
30 Yanvar 12:31
30 Yanvar 12:20
30 Yanvar 12:02
30 Yanvar 11:59
30 Yanvar 11:53
30 Yanvar 11:53
30 Yanvar 11:49
30 Yanvar 11:49
30 Yanvar 11:43
30 Yanvar 11:40
30 Yanvar 11:37
30 Yanvar 11:32
30 Yanvar 11:30
30 Yanvar 11:26
30 Yanvar 11:12
30 Yanvar 11:04
30 Yanvar 10:57
30 Yanvar 10:55
30 Yanvar 10:33
30 Yanvar 10:12
30 Yanvar 09:49
30 Yanvar 09:29
30 Yanvar 09:26
30 Yanvar 09:07
30 Yanvar 09:05
30 Yanvar 09:04
30 Yanvar 09:02
30 Yanvar 08:58
30 Yanvar 01:43
30 Yanvar 00:54
30 Yanvar 00:33
29 Yanvar 23:39
29 Yanvar 23:29
29 Yanvar 23:21
29 Yanvar 23:10
29 Yanvar 23:07
29 Yanvar 23:05
29 Yanvar 22:51
29 Yanvar 22:45
29 Yanvar 22:42
29 Yanvar 22:34
29 Yanvar 21:52
29 Yanvar 21:29
29 Yanvar 20:53
29 Yanvar 20:36
29 Yanvar 19:44
29 Yanvar 18:51
29 Yanvar 18:17
29 Yanvar 17:18
29 Yanvar 16:47
29 Yanvar 16:28
29 Yanvar 16:19
29 Yanvar 15:42
29 Yanvar 15:18
29 Yanvar 14:20
29 Yanvar 13:49
29 Yanvar 13:42
29 Yanvar 13:40
29 Yanvar 13:38
29 Yanvar 12:54
29 Yanvar 12:46
29 Yanvar 12:20
29 Yanvar 12:15
29 Yanvar 11:18
29 Yanvar 11:00
29 Yanvar 10:59
29 Yanvar 09:59
29 Yanvar 09:57
29 Yanvar 09:36
29 Yanvar 09:34
29 Yanvar 09:31
29 Yanvar 09:29
29 Yanvar 00:43
29 Yanvar 00:41
28 Yanvar 23:20
28 Yanvar 23:16
28 Yanvar 23:14
28 Yanvar 22:35
28 Yanvar 22:14
28 Yanvar 22:11
28 Yanvar 22:07
28 Yanvar 22:00
28 Yanvar 21:11
28 Yanvar 20:28
28 Yanvar 19:46
28 Yanvar 18:59
28 Yanvar 18:13
28 Yanvar 17:45
28 Yanvar 17:35
28 Yanvar 17:20
28 Yanvar 16:45
28 Yanvar 16:42
28 Yanvar 16:12
28 Yanvar 16:09
28 Yanvar 15:48
28 Yanvar 15:46
28 Yanvar 15:40
28 Yanvar 15:38
28 Yanvar 15:34
28 Yanvar 15:32
28 Yanvar 15:29
28 Yanvar 15:26
28 Yanvar 14:49
28 Yanvar 14:30
28 Yanvar 14:29
28 Yanvar 14:27
28 Yanvar 14:25
28 Yanvar 14:24
28 Yanvar 14:13
28 Yanvar 14:09
28 Yanvar 13:52
28 Yanvar 13:50
28 Yanvar 13:40
28 Yanvar 13:15
28 Yanvar 12:50
28 Yanvar 12:39
28 Yanvar 12:37
28 Yanvar 12:35
28 Yanvar 12:26
28 Yanvar 12:25
28 Yanvar 12:22
28 Yanvar 12:17
28 Yanvar 12:09
28 Yanvar 11:51
28 Yanvar 11:42
Ən son xəbərləri səhifəmizdən də izləyin