BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, xəstəlikdən vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 824 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 348, bu günə qədər isə ümumilikdə 7 391 267 test icra olunub.

Tarix: 9 Dekabr 2022, 16:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin