BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahin Cəfərli: “Bəxtiyar Hacıyevi həbs edənlər Azərbaycanda ciddi problemlərin olduğunu dünyaya car çəkmiş olurlar”

“Bəxtiyar Hacıyev kimi tanınmış aktivisti həbs edənlər Azərbaycanda insan hüquq və azadlıqları sahəsində ciddi problemlərin olduğunu dünyaya car çəkmiş olurlar. Bu həbsin Qarabağın Rusiyanın nəzarətindəki hissəsində Azərbaycanın dövlət hakimiyyətinin və suverenliyinin təmin olunması yolunda kiçik də olsa, əlavə problem yaratmaq kimi uzağa gedən nəticələri ola bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

““Biz digər Azərbaycan vətəndaşları kimi, Qarabağdakı erməni vətəndaşlarımızın da hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırıq” deyə ən yüksək səviyyədə ifadə olunan mövqeyi boşa çıxarır və qarşı tərəfin “azərbaycanlıların hüquqlarını təmin etməyən hökumətin bizə bu hüquqları verəcəyinə necə inanaq?” arqumentinə (yaxud bəhanəsinə) sığınmasına əsas yaradır. Bu fikrə qatılmayanlar və məsələni çox şişirtdiyimi düşünənlər ola bilər. Amma həbsin siyasi motivli və qanunsuz olduğu şübhəsizdir və sırf bu səbəbdən Bəxtiyar bəy dərhal azadlığa buraxılmalıdır!” – Ş.Cəfərli qeyd edib.

Tarix: 9 Dekabr 2022, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin