BURADA REKLAMINIZ OLA
BİLƏR

Elm və Təhsil Nazirliyinin 40 milyonluq tenderini bu şirkət uddu

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

 

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən kompüter və noutbukların alınması məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Bestcomp Group” QSC (VÖEN- 1300141651) olub. Nazirlik kompüter və noutbuklar üçün qalib şirkətə 39 milyon 412 min 430 manat 70 qəpik vəsait ödəyəcək.

 

Qeyd edək ki, “Bestcomp Group” QSC 22.06.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 milyon 962 min 330 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 25E” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Həsənov Fərid Rafiq oğludur.

Tarix: 9 Dekabr 2022, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin