BURADA REKLAMINIZ OLA
BİLƏR

Neymar Pelenin rekordunu təkrarlayıb

Neymar Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin rekordunu təkrarlayıb.

 

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyunda fərqlənən 30 yaşlı hücumçu “pentakampeonlar”ın heyətində 77-ci qolunu vurub.

 

O, 124-cü matçında buna nail olub. 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olan Pele 92 görüşdə rəqib qapılarına 77 dəfə yol tapıb.

 

Dünya çempionatlarında 13-cü oyununda qollarının sayını 8-ə çatdıran Neymar bu göstəriciyə görə isə argentinalı Dieqo Maradona və portuqaliyalı Kriştianu Ronalduya çatıb. Mundiallar tarixinin ən məhsuldar oyunçusu aktivində 16 qol olan almaniyalı Miroslav Klozedir.

 

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyası ilə məğlub olan Braziliya millisi DÇ-2022 ilə vidalaşıb.

 

Report

Tarix: 9 Dekabr 2022, 22:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin