BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Argentina Niderlandı məğlub edərək yarımfinala çıxdı

DÇ-2022-nin 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

 

İkinci yarımfinalçı Niderland – Argentina cütündə bəlli olub.

 

Dünya çempionu adına əsas namizədlərdən olan cənubi amerikalılar Lionel Messinin son mundialında finala doğru daha bir addım atıb. Startdakı məğlubiyyətdən sonra 3 qələbə qazanan argentinalılar bu dəfə Qətərdəki çempionatda məğlub olmayan avropalılara qarşı çətinlik çəkib. 2 qol ilə hesabda öndə olsalar da, niderlandlılar Luvi van Xaalın əvəzetmələri sayəsində hesabı bərabərləşdirib. 2014-cü il mundialının yarımfinalında olduğu kimi, Argentina penaltilər seriyasında üstün olub və yarımfinala vəsiqə qazanan ikinci komanda olub.

 

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

 

DÇ-2022

1/4 final

9 dekabr

23:00. Niderland – Argentina - 2:2 (penaltilər – 3:4)

Qol: Vaut Vexorst, 83, 90+11 – Nauel Molina, 35. Lionel Messi, 73 (penalti)

 

Apasport

Tarix: 10 Dekabr 2022, 02:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin