BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəqsanəyə cavab

Müğənni Damlanın prodüseri Şamil İbrahimov Rəqsanə İsmayılovanın ittihamlarına münasibət bildirib.

 

Pravda.az OLAY-a istinadla xəbər verir ki, onun sözlərinə görə, “Ay ürəyim” mahnısını Afşin Azəridən birinci özləri alıb:

 

“Biz getmişik Afşin Azərin yanına, bizi çağırıb, mahnıları təqdim edib, 3-4 mahnı bəyənib almışıq, ödəniş etmişik. Sonra nə problem yaşayıbsa, onunla yaşayıb. Rəqsanə zəng edib dedi ki, mahnını oxumayın.

 

Bizə deyəndə artıq klipi hazırlamışdıq, rənglənmə prosesində idi. Hansı müğənni əlindəki hiti kiməsə verər? Heç biri. Pulunu verib mal almışam. Haqsızlıq etsəydim, bəstəkar xəbərdarlıq edərdi. Həmçinin mahnının müəllif hüquqları bizdədir. Bundan əvvəl “Ay balam” mahnısında da eyni situasiya yaranmışdı. Pul verib almışdıq, bəstəkarla problem yaşadı, onun da bizə aidiyyatı yoxdur. Digər dedikləri də şəxsi problemlərdir.

 

Heç bilmirəm nəyi deyir, olub, bitib də. O ki qaldı Dağıstanda da hamı qalmışdı. İki-üç ay gözlədilər, keçdilər, camaat necə biz də elə. Nə deyibsə, deyib, həmin mövzulara girmək istəmirəm. Mahnını biz gedib almışıq. Hər halda bəstəkar başqasına satdığı mahnını mənə təqdim etməz. Bu qədər”.

 

Qeyd edək ki, R. İsmayılova “Həmin Zaur” proqramında Damla ilə iki dəfə mahnı məsələsində problem yaşadığını, sonuncu dəfə isə “Ay ürəyim” bəstəsinə görə sözlərinin çəp gəldiyini dedi. Onun sözlərinə görə, o, mahnını ifa etdikdən sonra Damlanın da səsləndirdiyini öyrənib. R. İsmayılova söylədi ki, Damla ilə münasibətini bitirib, çünki ona pandemiya dövründə yaxşılıq etsə də, ifaçı həmkarının xahişini nəzərə almayıb.

Tarix: 10 Dekabr 2022, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin