BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN “Qobu Park”dakı binada yanğınla bağlı məlumat yaydı - VİDEO - YENİLƏNDİ

"Qobu park" yaşayış kompleksində yanğın olub, 50 nəfər təxliyə olunub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Nazirliyin “112” qaynar telefon xəttinə, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi "Qobu park 2" yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

 

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub.

 

***

10:52

 

“Qobu Park” yaşayış kompleksində binada yanğın başlayıb. 


Pravda.az xəbər verir ki, yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb. Alov binanın 3-cü mərtəbəsində başlayıb. Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır. 


Yanğın zamanı bir nəfər sakinin zəhərləndiyi bildirilir.


İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan yaranıb. 



Tarix: 10 Dekabr 2022, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin