BURADA REKLAMINIZ OLA
BİLƏR

İri ticarət mərkəzlərinin anbarlarında qalan mallar onlayn satıla bilər" - DİN-dən daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) iri ticarət mərkəzlərinin anbarlarında qalan sahibkarlara məxsus malların onlayn satışına icazə verildiyini açıqlayıb.

Pravda.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb: “Lakin buna baxmayaraq həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.APA

Tarix: 30 Mart 2020, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin