BURADA REKLAMINIZ OLA
BİLƏR

Komendant saatı tətbiq olunacaq

Sabahdan Gürcüstanda ümumi karantin elan ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Baş nazir Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə bildirib.

 

Baş nazir qeyd edib ki, karantin səhər saat 8-dən etibarən tətbiq ediləcək.

 

Qərara əsasən, qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 

Baş nazir qeyd edib ki, ümumi karantin rejiminin tətbiq edilməsindən sonra saat 21:00-dan 06:00-dək piyadaların hərəkəti qadağan ediləcək.

 

Bunda başqa, ictimai yerlərdə  insanların bir-birinə 2 metrdən daha yaxın məsafədə dayanması, apteklər və ərzaq mağazaları istisna olmaqla, 3-dən artıq şəxsin bir yerə toplaşmasına icazə verilməyəcək.APA

 

Tarix: 30 Mart 2020, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin