BURADA REKLAMINIZ OLA
BİLƏR

Son sutkada koronavirusdan 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, xəstəlikdən 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 824 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, hazırda 350 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 843, bu günə qədər isə ümumilikdə 7 393 110 test icra olunub.

Tarix: 10 Dekabr 2022, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin