BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda ağaclar kütləvi şəkildə köçürüldü

Xırdalan şəhəri, Heydər Əliyev prospektinin genişləndirilməsi və yenidənqurulması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və götürülməsinə ictimai dinləmədən sonra Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov məlumat verib.

 

Onun sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciət əsasında sözügedən layihə maraqlı tərəflərin, ekspert və QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləməyə çıxarılıb: "Müzakirələrdə layihənin dövlət və sosial-infrastruktur əhəmiyyətli olduğu nəzərə alınaraq tikinti altına düşən və köçürülməsi mümkün olan ağac və kol bitkilərinin budanaraq köçürülməsinə, köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə rəy verilib”.

 

M.Qəmbərov bildirib ki, ağaclar Abşeron rayon Yaşıllaşdırma İdarəsi tərəfindən budanaraq kök torpağı ilə birlikdə çıxarılıb və digər münbit əraziyə köçürülüb.

 

Tarix: 30 Mart 2020, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin