BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış yazıçı Tahir Kərimovu "topa tutdu": "Rayonda "pulun var giriş, pulun yoxdu sürüş"yarışı keçirirdi..."

Tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Salyanın sabiq icra başçısı Tahir Kərimovu tənqid edib. 


Pravda.az xəbər verir ki, Salyandan olan yazıçı Tahir Kərimovu icra başçısı işlədiyi dövrdə dövlət vəsitlərini mənimsəməkdə ittiham edib.


Cəfər Cəfərli Tahir Kərimovun gül çələngi ilə olan məşhur fotosuna eyham vuraraq, bildirib:


"Bu şəkilə diqqətlə, həm də yaxşı-yaxşı baxın. Bu, Salyanın sabiq icra başçısı Tahir Kərimovdur. İndi salyanlıların imiş Tahir, hamının "moşennik Tahir" kimi tanıdığı adam. Salyanda törətmədiyi cinayət, etmədiyi qara əməllər qalmadı. Dost, sədaqət, etibar, inam, kişi sözü kimi ifadələrin üstündən çalın-çarpaz qara xətt çəkən Tahir Kərimov. O, Tahir Kərimov ki, Salyanda kiçikdən böyüyə vəzifə təyinatlarına fantastik qiymət nırxı qoymuşdu. Ərazi nümayəndələrinin, məktəb direktorlarının son nəfərinə kimi pulunu alıb dəyişdirirdi. Savadından, iş qabiliyyətindən asılı olmayaraq istədiyi məbləği aldığı şəxsi işə götürürdü. Savadlı, təcrübəli, işçilər işdən kənarlaşdırıldı. Sanki rayonda "pulun var giriş, pulun yoxdu sürüş"yarışı keçirirdi. Bu adam elə bil öhdəlik götürmüşdü ki, sökmək, bacardığın qədər daha çox pul yığmaq, sərvət toplamaq... Salyan yarandığı gündən belə talan, belə haqsızlıq, belə özbaşnalıq görməmişdi, rayonda qanunsuzluq, özbaşnalıq, alıb-aldatmaq baş alıb gedirdi. Rayon əhli dad edir, fəryad çəkirdi. Yuxarı təşkilatlara edilən şikayətlər gün-gündən çoxalırdı. Və nəhayət, günlərin birində Tahir Kərimovun qulağından tutub atdılar bayıra. Bu, adam haqqında uzun-uzadı yazmaq fikrindən uzağam, ancaq qulağımı çalan bir xəbəri oxucularla bölüşmək istəyirəm.Tahirin dediyinə görə o, süd qazanından çıxmış ağ qaşıqdır, heç bir günahın sahibi deyil, o Ramiz Mehdiyevin qurbanı imiş, güya indi yüksək dairələr onun haqqında müsbət fikirdədir, ona etimad göstəriləcək. Hə buna deyirlər ey xoş əyamların xiffəti. Tahir, ötdü o günlər, keçdi o zamanlar. Axar suda ikinci dəfə çimmək mümkün deyil. Hətta, yemək süfrəsində istifadə olunan salfet kağızını da zibil qutusuna atırlar. Get, qaxıl otur yerində".


Məsələ ilə bağlı Tahir Kərimov telefon zənglərimizə cavab verməyib.


Qeyd edək ki, Tahir Kərimov 2011—2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olub. 


Demokrat.az

Tarix: 11 Dekabr 2022, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin