BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələkbər Yasamallı sükutu pozdu - VİDEO

Meyxanaçı Ələkbər Yasamallı Rəşad Dağlının həbsindən sonra ilk dəfə görüntülənib.

 

Pravda.az İnterpress.az-a istinadən xəbər verir ki, o, ötən gün axşam saatlarında hazırda yaşadığı Almaniyanın Aaçen şəhərində məclisdə iştirak edib.

 

Məclisdə Ələkbər Yasamallı son bir ay ərzində ilk dəfə meyxana səsləndirib.

 

Qeyd edək ki, ötən ay Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Ölən İ.Mehdiyev Ələkbər Yasamallının dayısı oğludur.

Tarix: 12 Dekabr 2022, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin