BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölümlə nəticələnən qəzaya görə sürücü məhkəmə qarşısında

Zaqatalada ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Yusif Musayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin avqustun 14-dən 15-ə keçən gecə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

 

Rayonun Aşağı Çardaqlar kənd sakini 29 yaşlı Yusif Sədrəddin oğlu Musayevin idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə rayonun Höytala kənd sakini 34 yaşlı Ramazan Əhməd oğlu Qabaçovun idarə etdiyi “Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılardan Ramazan Qabaçov xəstəxanaya aparılarkən yolda keçinib.

 

Digər yaralı Yusif Musayev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Daha sonra Yusif Musayev polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 13 Dekabr 2022, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin