BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyev barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinin vaxtı məlum oldu

İctimai fəal Bəxtiyar Hacıyev barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinin vaxtı məlum olub.

 

Pravda.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

 

O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 15-nə təyin olunub.

 

Şikayət hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.

 

Qeyd: B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanılıb.

 

Xətai Rayon Məhkəməsində B.Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 13 Dekabr 2022, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin